Kayıtlar

"DAYANACAQ"

-Getməlisən. -Bu qədər şeydən sonra necə gedim? - Çıx da, çıx, rədd ol həyatımdan. Bir də səni görmək istəmirəm! Sinəmi yumruqlayaraq bunları deyərkən edə biləcəyim tək şey susub, sakitcə onu izləmək idi. Bəlkə   susmağımla razı deyildi. İstəyirdi ki mən də onun etdiyinə eyni hisslə, eyni qəzəblə cavab verim, lakin mən on doqquz ildə özümdən başqa heç kimə zərər yetirməmişdim. Kimsə əsəbiləşdirsə belə günahı özümdə axtarırdım. Və heç bir   yaxınım qarşıma çıxıb deməmişdi ki, “səni belə görmək qəlbimi parçalayır”. Bəlkə də qəlbləri ağrılarla qarşılaşıb min bir hissəyə parçalanmışdı deyə səslərini çıxarmırdılar. Eynən mənim hazırkı anda etdiyim kimi. Köksümü qoparsa belə səsimi çıxarmayacaqdım. Nə deyə bilərdim ki? Getmə? Düzələcək? Bağışla? Birdə olmayacaq? İnanmıram ki, bunlardan hansısa, ya da ümumiyyətlə hər hansısa bir söz məni həmin an haqlı çıxarsın. Hər şey bircə baxışdan yaranmışdı. Elə ilk baxışda sevginin olmasına mən də inanmıram təbii ki. Biz sadəcə göz g...