"DAYANACAQ"
-Getməlisən.
-Bu
qədər şeydən sonra necə gedim?
-
Çıx da, çıx, rədd ol həyatımdan. Bir də səni görmək istəmirəm!
Sinəmi
yumruqlayaraq bunları deyərkən edə biləcəyim tək şey susub, sakitcə onu izləmək
idi. Bəlkə susmağımla razı deyildi. İstəyirdi
ki mən də onun etdiyinə eyni hisslə, eyni qəzəblə cavab verim, lakin mən on
doqquz ildə özümdən başqa heç kimə zərər yetirməmişdim. Kimsə əsəbiləşdirsə
belə günahı özümdə axtarırdım. Və heç bir
yaxınım qarşıma çıxıb deməmişdi ki, “səni belə görmək qəlbimi
parçalayır”.
Bəlkə
də qəlbləri ağrılarla qarşılaşıb min bir hissəyə parçalanmışdı deyə səslərini
çıxarmırdılar. Eynən mənim hazırkı anda etdiyim kimi. Köksümü qoparsa belə
səsimi çıxarmayacaqdım. Nə deyə bilərdim ki? Getmə? Düzələcək? Bağışla? Birdə
olmayacaq? İnanmıram ki, bunlardan hansısa, ya da ümumiyyətlə hər hansısa bir
söz məni həmin an haqlı çıxarsın.
Hər şey bircə baxışdan yaranmışdı.
Elə ilk baxışda sevginin olmasına mən də inanmıram təbii ki. Biz sadəcə göz
gözə gəlmişdik və həmin andan sonrakı
hər gün gözlərim gözlərinə tərəf gedirdi. Sıradan qəhvəyi gözlər idi , lakin
mən sanki ovsunlanmışdım. Uşaqlıqdan
“içinə qapanıq” olaraq böyüdüyüm üçün əlbəttə yolda gördüyüm bir qıza
yaxınlaşıb tanış ola bilməyəcəkdim. Həyat fəlsəfəmə tərs idi. Sən ətrafındakı
hər kəsdən uzaqlaş , içinə qapan , ailənlə
belə söhbət etmə və bir qız çıxsın qabağına bütün həyatını dəyişsin?
Məntiqsiz görsənir, hə? Amma oldu. Necə oldu? Yaxşısı ən başdan danışım. Az
əvvəl dediyim ilk baxış köhnə bir avtobusda, insanların bir birinə “mehriban”
şəkildə yaxınlaşdığı zaman baş vermişdi. Uzun yolu çətin şəraitdə
irəliləməyimizə baxmayaraq yol boyu baxışlarımız toqquşurdu. Mən o baxışların
sahibini özümə yaxın hiss etməyə başlamışdım. Bu yanımdakı dayı ilə olan fiziki
yaxınlıq deyildi, məcazi mənada yaxınlıq
idi. Sadəcə ən çoxu nə ola bilərdi ki, hansısa dayanacaqda enəcəkdi və mən onu
birdə uzun müddət ərzində görməyəcəkdim. Necə ki, ömür adlı avtobusumuza
insanlar minir və gözləmədiyimiz bir anda öz dayanacaqlarında da enirlər. Bu
proses də elə baş verməli idi. Amma elə olmadı. Mən səhər nifrət etməkdən
sıxılmadığım universitetdən evə qayədarkən yenə eyni gözlərlə qarşılaşmışdım.
Üzümdən zəhrimar yağsa da daxilimdə böyük bir təbəssüm yaranmışdı. Onun üzü
gülmürdü, sadəcə məndən fəqli olaraq simasından məsumluğu hiss olunurdu. Önümüzdəki bir həftə boyunca bir-birimizə heç
salam da verməmişdik. Bir-birimiz haqqında məlumat sahibi olmadan
doğmalaşmışdıq. Həftənin Şənbə və Bazar
günləri istirahət günləri hesab olunduğu üçün onu görməyəcəkdim. Bazar gününün
axşamı beynimə adını belə bilmədiyim qızla bağlı fikirlər gəlirdi. Digər bir
fikir dəstəsi də “onunla necə danışa bilərəm?” sualı ilə əlaqədar idi. Salam
ilə başlayan söhbəti ən pis ehtimalla “harada oxuyrsuz?” sualı ilə yekunlaşdıra
bilərdim. Bir az mahnı dinlədikdən sonra yuxuya getmişdim.
Xoruzları
əzəvləmiş zəngli saat məni şirin yuxumdan ayırdı. Başımı qaldırdım telefonuma
baxdım, saat 06:00 idi. Öz-özümə bir az daha yata biləcəyimi dedim və gözlərimi
yumdum. Beş-on dəqiqə sonra anam otağa girdi və hər səhər eşitdiyim qızıl
sözləri dedi: “a bala oyan da, dərsə gecikirsən.” Mənim oyandığım saatdan asılı
olmayaraq anamın fikirində mən mütəmadi olaraq dərsə gecikirdim. Səhər
yeməyimi yedim və sonra evdən çıxdım. Həmişəki kimi tək yoldaşım qulaqlıqlarım
idi. Çünki ətrafdakı insanları sevmirdim. Xalid Hüseyni demişdi ki
“Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur” buradakı vəziyyət də oxşar idi.
Ətrafımda çoxlu insan vardı, amma insanlıq yox idi.
Dayanacağa çatdıqda dünyamıza ən yaxın
olan ulduzun işığı qaranlığı əvəz
etmişdi. Gecə ilə gündüzün dəyişməsi mənə ölümü xatırladırdı. Dünyada saniyədə 4 nəfər doğularkən 4 nəfər
ölür. Bir həyat hekayəsi ilə digəri əvəz
olunur. Önümdəki maqistraldakı maşınlar da bir-birini əvəzləyərkən nəhayət
gözlədiyim avtobus gəldi. Hər dəfə avtobusu gördükcə ağlıma O gəlirdi.
Qayıdarkən qarşılaşmamıza baxmayaraq səhərlər şəhərə tərəf gedərkən heç
qarşılaşmamışdıq. Həmçinin metroda da qarşılaşmırdıq. Bu çox qəribə idi.
Universtetin
binasına daxil olduqdan sonra, sinif otağımıza tərəf yönəldim. Yol boyu səmimi
olmadığım tanışlarla salamlaşma mərasimi davam edirdi. Həmişə əyləşdiyim
partaya əyləşdikdən sonra nəhayət ki salamlaşmaq mərasimi bitmişdi. Yenə hansısa qoca müəllimin sıxıcı dərsinə
məruz qalmalı idik. Dərsləri birtəhər “yola verdikdən” sonra metroya doğru
sürətli addımlarla addımlayırdım. Metro əngəlini aşdıqdan sonra dayanacaqda
avtobusu və həmin qızı gözləməyə başladım. Daxilimi həyacan bürüyürdü. Ürək
döyüntülərimin artdığını hiss edirdim. Qəlbimin səsini eşidirdim. Sanki hər
kəsin gözü mənim üstümdə idi. əllərim tərləməyə başlamışdı. Beynimdə müxtəlif
ssenarilər qururdum. O gəldi və sağ tərəfimdə dayandı. Avtobus mənim solumdan
gələcəkdi deyə onun üzü mənə tərəf çevrilmişdi. Gözü üzərimdə olduğu üçün
əllərimi hara qoyacağımı bilmirdim. Axır ki, qəhramanım olan avtobus gəldi və
məni sıxıntıdan bir müddətlik də olsa azad etdi. Digər günlərə nisbətən bu gün
adam daha az idi. O, bu fürsətdən istifadə edərək əyləşməyə yer tapmışdı, amma mən ayaq üstə
qalmalı oldum. Mənə görə ayaq üstə qalmaq daha yaxşı seçim idi, çünki beləcə
ona daha rahat şəkildə baxa biləcəkdim. Avtobus biraz ilərlədikdən sonra O
çantasından kitab çıxartdı və oxumağa başladı. Kitabın adını görmək üçün
birazca önə əyildim. Adını gördüm , bir qədər əvvəl sitat gətiridiyim Xalid
Hüseynini “Çərpələng uçuran” əsəri idi. Söhbət üçün çox gözəl bəhanədir, sadəcə
aramızda məsafə vardı deyə danışa bilməyəcəkdik. Evimizə ən yaxın olan dayanacaqda avtobusdan
könülsüzcə endim. Fikirim avtobusda, daha doğrusu avtobusda olan qısa saçlı
qızda qalmışdı. Fikirli halda evimizə yollandım.
-Nə
olub? Yenə gəmilərin batıb ?
Deyən
böyük qardaşımın üzündə yaranmış təbəssümə, eyni səmimiyətlə gülümsəyib otağıma doğru irəlilədim. Qardaşım
səssiz qalmağıma görə başını yelləyərkən, mənim ilk edəcəyim mahnı qoşmaq və özümü çarparıya
tullamaq oldu.
Həyatım belə monoton şəkildə davam
edirdi. Günlərin geridə qalması ilə
birlikdə insanlara qarşı münasibətim kimi havalar da soyuyurdu. Son günlər
ərzində o qızı görməmişdim. Avtobusda onsuz olduğum müddətdə özümü tamamlanmamış,
yarımçıq hiss edirdim. Sanki nə isə çatmırdı. Nəhayət ki, bu gün onunla
qarşılaşdım. Avtobusda arxa tərəfdəki
sol oturacaqda əyləşmişdi. Geyindiyi
qırmızı paltosu ilə çox şirin görsənirdi. Bildirmədən qısa addımlarla
ona tərəf addımladım. Dyandıqdan sonra çantamdan kitabı çıxarıb oxumaq istədim,
amma bildim ki fikirimi kitaba cəmləyə bilməyəcəm. Yenə də bir əlimdə “kurtka”
digər əlimdə kitabla dayandım. İki əlimin də dolu olması mənə çətinlik
yaradırdı. O bunu anladı və əlini mənə tərəf uzatdı. Məqsədi mənə kömək etmək
idi , lakin heçnə demirdi. Sanki sadəcə
gözlərlə danışırdıq. Sakit səslə “çox sağ olun” dedim və kurtkanı ona uzatdım.
Səmimi şəkildə güldü. O güləndə sanki üzündə güllər açırdı, mən isə bu gülləri
uzun zaman ərzində untmayacaqdım. Həmin günün səhəri biz yenidən qarşılaşdıq.
Bir birimizi gördükdə ikimizin də üzündə uşaqlara xas böyük təbəssüm vardı. O
anda bütün cəsarətimi toplayıb sadəcə salam verə bilmişdim. O yenə sadəcə
təbəssümlə qarşılayıb avtobusa mindi. Mən də ardınca pillələri qalxdım.
Gördüklərim məni sevindirmişdi, çünki
iki nəfərlik boş oturacaq var idi
və o birində əyləşib mənə doğru baxırdı. Öz-özümə dedim ki, “bax bu tək
şansındı, əldən vermə.” Cəsarət adlı
libasımı üzərimdən çıxarmadan onun yanında əyləşdim. Yol boyu yanbayan
əyləşməmizə baxmayaraq demək olar ki, söhbət etməmişdik. O əlinə kitab almışdı,
mən isə kitabımı bitirdiyim üçün bütün yolu
bir gözüm onda digər gözüm yolda keçirəcəkdim. Onunla danışmaq
istəyirdim, amma ağlıma bir şey gəlmirdi. Buna görə də susub yolu izləyirdim.
Artıq enməli olduğum dayanacağa çatırdıq. Ona baxdım və gördüm ki bütün fikiri
əlində tutduğu kitabın cümlələrində ilişib qalıb. Bir neçə dəqiqə sonra kitabı
kənara qoymağa çalışırdı ki, asta səs tonu ilə dilləndim: ”Kitaba baxa
bilərəm?”. Sual dolu nəzərlə üzümə baxdı. Gözlərimlə kitabı işarə etdim və
“baxa bilərəm?” deyə ikinci dəfə soruşdum. Birazca əsəbi şəkildə heçnə demədən
kitabı mənə uzatdı. Bəlkə məndən daha
artığını gözləyirdi. Bəlkə də düşündüyü
gerçəkləşməmişdi deyə əsəbiləşmişdi. Buna fikir vermədən onun kitsbına göz
gəzdirirdim. Ahmet Batmanın “Korkma kalbim” adlı kitabı idi.” Kaş indi mənim də
qəlbim onu itirməkdən qorxmazdı.” deyə içimdə düşündüm. Bir neçə dəqiqə kitab
ilə baxışdıqdan sonra , kitabı sahibinə qaytardım.
-Qəşəng kitabdır.
- ...
Onun susduğu anda anlamışdım ki tək
şansı da əldən vermişəm. Məyus şəkildə avtobusdan enib havanın soyuqluquna
baxmayaraq parka gedib yoldan keçən
maşınları seyr etməyi seçdim. Havanın soyuqluğundan daha çox onun mənə qarşı olan
soyuqluğu qanımı dondururdu.
Bir müddət hər şey bu cür davam
etdi. Daha sonra mən onu nə qədər
axtarsam belə, bircə dəfə də olsun görməmişdim. Həmin hadisələrdən üç dörd ay
keçmişdi. Yazın son günlərinin birində, sahilə getməyi düşünürdüm. Çünki dənizi
seyr etmək əvəzedilməz məşğuliyyətlərimdən idi. Həmçinin qulaqımda qulaqlıq
şəhərdə təkcə addımlamaq da. Whatsapp-da mənə göndərilmiş mesajlara cavab
verib, eyni zamanda da “İçəri şəhər” metro stansiyasında eskalatora doğru
irəliləyirdim. Telefona baxarkən gözləmədiyim bir anda biri ilə toqquşdum.
Telefonum əlimdən yerə düşdü. O anda fikirim toqquşduğum adamdan çox
telefonumda qalmışdı. Əyilib telefonu götürərkən həmin insana da nəzər salmağı
düşündüm. Gördüyüm mənzərəyə inana bilmirdim. Bakıda yaşayan o qədər insan varkən
sən gəl sadəcə avtobusda gördüyün, o saçları kimi qısa boyu olan, incə üz çizgilərinə sahib qız ilə toqquş.
Zamanın donduğunu düşündüyüm anda sanki
qeybdən səs gəlirdi və gələn səs “oğul, hərəkət
elə” deyirdi. İlk addımı isə o atdı.
-Üzr istiyirəm, üzr istiyirəm. Başım qarışıq idi, görmədim.
Telefona nəsə olmadı?
- Əsas sən yaxşısan? Nəticədə
telefon səndən daha dəyərli olmayacaq ki.
- Yaxşıyam.
Mənzərəni bir kənara qoyuram, artıq
özümə də inana bilmirdim. İlk dəfə tanımadığım birinə “sən” deyə müraciət
edirdim. Özümü ələ aldım, üzünə gülümsədim və çıxışa doğru getməyə başladım. O
da yanımla addımlayırdı.
-Deyəsən yolumuz eynidi.
-Hə, “İçəri şəhər”in bir çıxışı var
Deyib istehza ilə güldü.
-Yəqin ki, bir dənə olan çıxışdan
çıxıb kimləsə görüşəcəksən.
- Xeyr, sadəcə havamı dəyişmək üçün
bir az gəzməyi düşünürdüm.
- İndi sahil tərəf gözəl olar.
-Məncə də.
- Mən elə sahilə gedəcəkdim. Əgər
istəsən bir yerdə gedə bilərik.
Çəkinərək gözlərimə baxdı. Biraz
düşünüb sakitcə “olar” dedi. Həmin an sanki daxilimdə endorfin bombası partldı.
O qədər xoşbəxt idim ki, hətta redbull içmədən qanadlanıb uça bilərdim. Əslində
etdiyim isə sakitcə onun yanında addımlamaq idi.
-Heç soruşmadım , necəsən?
- Şükür, siz necəsiz?
- Bax səndən iki xahişim olacaq. İlki sadəcə “şükür” deyib
keçmə, necəsənsə onu de ki, bilim. İkincisi də əgər mümkündürsə “sən” de. Axı o
qədər qocalmamışam.
Deyib gülümsədim. O da gülümsəyərək
cavab verdi.
-Yaxşı, daha “sən” deyə müraciət
edərəm. Çox adam sadəcə avto sual verirmiş kimi “necəsən” deyir deyə, mən də
avto cavab vermişdim.
- Onda birdə soruşum, necəsən?
- bu dəqiqə yaxşıyam, bəs sən
necəsən?
- Bu dəqiqəni soruşursansa mən də
yaxşıyam. Hətta əlayam sayılar.
-Həmişə əla olasan.
- Sən də. Hələ də kitab oxuyusanmı?
- Xatırladığını düşünmürdüm - dedi
və üzündə güllər açmağa başladı.- Hə , vaxt tapdıqca oxmağa çalışıram. Bəs sən?
- deyə əlavə etdi
- Mən də sənin kimi.
Söhbətimiz oxuduğumuz kitablardan , yazıçıların
fikirlərindən tutmuş məqsədlərimizə, hobbilərimizə kimi uzanmışdı. Artıq sahilə
çatmışdıq, daşların üzəri ilə irəliləyirdik. Bəzən Xəzər dənizinə, bəzən də
bir-birimizə baxırdıq.
- Deyirəm bir kənarda oturaq bəlkə.
- Yaxşı fikirdi.
Balaca əlləri bir birindən möhkəm
tutmuşdu. Xəzərdən gələn külək də məni
qısqandırmağa çalışırdı. İkimiz də dənizə baxırdıq. Dənizin qəribə təsiri var.
Niyəsə burada olduğum müddətdə içimi dolu hiss edirdim. Amma nə deyəcəyimi bilmədiyim,
içimdə nələrin tozlandığını bilmədiyim üçün sözlər boğazımda düyünlənirdi.
Daldığım fikirlərdən ayrılıb ona doğru baxdım. Gözlərinin dolduğnu gördüm.
Gözünün içinə sakitcə baxırdım.
-Qalx gedək.
Əlinin tərsi ilə gözünü sildi, -
yaxşı - dedi və ayağa qalxdı. Sahildən uzaqlaşdıqdan sonra, hara getdiyimizi
soruşmadan yanımda addımlayırdı. Qoca bir avtobusda yaşanmış qarşılaşmanın bu
qədər irəliləyəcyi ağlımın ucundan belə keçməmişdi.
Birlikdə getdiyimiz ilk cafe “Kibrit
book cafe” oldu. “Kibrit” sözü mənə həmişə öz eşqləri uğrunda özlərini fəda
edən insanları xatırladır. Və bu insanların eşqləri əsasən başqalarını xoşbəxt
etmək olur. Eynən bir kibrit də bircə dəfə istifadə olunur. Əgər doğru zamanda
doğru yerdə olarsa qaranlığa qalib gəlir. Bəzən bir şamı yandırıb gecəni
aydınladır, bəzən bir soyuq evin istiliyinə səbəb olan ilk alov olur, bəzən isə uşaqların əlində bir
heç uğrunda məhv olurlar. Həmçinin bu “ölüm” kimidir. Kibrit bir müddət yanır,
sonra isə sadəcə külə çevrilir. Burada önəmli olan kibritin yandığı müddətdə
nələrə təsir etməsidir. Necə ki, insanlar sonda öləcəyini bilməsinə baxmayaraq
yaşadığı müddətdə ətrafına müsbət təsir etməyə çalışır.
-Nə istəyirsiniz?
Deyən ofisiant məni hazırki ana
qaytardı.
-Kofe içək?
-Hə, yaxşı olar.
-Bizə iki dənə kofe gətirin, zəhmət
olmasa.
Başı ilə təsdiqlədikdən sonra
ofisiant yanımızdan uzaqlaşdı. Və o geri gələnə qədər biz susaraq sadəcə ətrafı
seyr etmişdik.
-Nuş olsun.
-Çox sağ olun.
Böyük fincanı balaca ovuclarının
arasına almışdı. Mənsə sakitcə onu izləyirdim. Deyəsən bu səfər sakitliyi mən
pozmalı idim. Və elə də oldu.
-ııı, hey.
Adını soruşmaq ağlıma gəlmədiyi üçün
ona necə səslənəcəyimi bilmirdim. Əlimi yellətdim ki, fikirini özümə doğru
çəkim.
-Bəli?
- Biz niyə normal insanlar kimi ilk
adlarımızı öyrənməmişik ki?
- Soruşmaq ağlıma gəlməmişdi. Həm də
ki, standart olmağı sevmirəm. fərqlilik daha yaxşıdı
Deyib gülümsədi.
-Hə yaxşıdı, amma bir-birimizə nə
deyəcəyimizi bilsək daha yaxşı olar.
- Yaxşı, adım Zümrüddü.
“- Əmin ol, mənim üçün zümrüddən
daha dəyərlisən.” Təbii ki bunu sadəcə içimdə demişdim , ona dediyim isə “mən
də Xəzər” oldu. Və əlavə etdim.
-Zümrüd, canını sıxan nə idi? yəni
özəl deyilsə.
- düşüncələr sıxılmağa can saxlayıb?
Elə böyük şeylər deyil , hamının dərdi nədirsə məndə də ondandı.
- amma mən hamıdan yox, səndən
soruşdum.
- bəlkə bu mövzunu bağlayaq? Xahiş
edirəm. Səndən danışaq bir az, boş vaxtlarında nə edirsən?
- Boş vaxtlarımı doldurmaq üçün
vaistələr düşünürəm.
-mən də onu soruşuram, vaistələr
hansılardı?
-Məsələn, qəşəg qızlarla tanış oluram.
Gülümsəməsi qəzəblə əvəz olunurdu
ki, əlavə etdim.
-zarafatdı idi.
“- Sən zarafat eləmə” deyib sözümü
kəsdi.
“-adam böyüyün sözünü kəsər heç? Bir
danış deyirsən bir sözmü kəsirsən “
Deyib gülümsəyirdim.
-Böyük olduğunu kim dedi ki? Sualıma
cavab gözləyirəm.
-Altıncı hissim güclüdü. Boş vaxt
tapdıqda kitab oxuyuram, bekar olanda şeirlər, yazılar, filan yazıram.
- Ciddisən?
Bir anlıq gözləri parıldadı.
-Hə ciddiyəm.
- sən demə şairlə danışırmışam ki.
-Yox, o qədər deyil. Sadəcə həvəskar
deyək.
- Onu da bacarmayanlar var.
Yazdıqlarına baxa bilərəm?
- Hə, əlbəttə. Gözlə
Deyib toqquşmamıza səbəb olan
telefonu cibimdən çıxardım. Qeydlərdən ən sevdiyim şeirlərdən birini seçdim və
telefonu ona tərəf uzatdım. Telefonu götürərkən əli əlimə toxunmuşdu. Ardınca
telefonu götürüb şeiri oxdu.
Şeirlərim kimi əzizdin mənə,
Mürəkkəb bitəndə, bitirdim
səni.
Məndən uzaqlara qaçırdın yenə,
İzlərin itəndə, itirdim səni.
Qaçdım arxasınca getdiyin yolun,
Səni hey axtardım, tapa bilmədim.
Elə aparırdı mələklər səni,
Öyrəndim uçmağı, çata bilmədim.
-Nə gözəl yazmısan. Kaş daha uzun
olardı.
- Sözlər çox işlədildikcə dəyəri
azalır məncə. Kiçik həcimli yazmaq daha yaxşıdı.
-Onda sən mənim adımı tez-tez çəkmə.
-Narahat olma, bəzi şeylər hər zaman
dəyərli qalır.
İkimiz də gülümsədik. Bir müddət
söhbət etdikdən sonra oradan ayrıldıq. Metrodakı kiçik toxunuşlardan sonra
nəhayət ki, dayanacağa çatmışdıq. əslində bu günün bitməsini, onun yanımdan
ayrılmasını heç istəmirdim. Avtobusları gözləyərkən gördük ki, boş yer tapa bilmirik.
Ona taksi ilə getməyi təklif elədim.
-Belə gedişlə çətin ki biz avtobusa
minək. Bəlkə taksi ilə gedək?
- Deyirsən ki, Bizim tanışlığımıza
səbəb olan avtobusa taksilərlə xəyanət edək? Nç nç.
-Yaxşı, yaxşı susdum.
Bir neçə dəqiqədən sonra əyləşməyə
iki nəfərlik yer tapdıq. Avtobus hərəkət etməyə başladıqdan sonra yuxumuz
gözlərimizə dolurdu. Lakin mən ona
nisbətən daha ayıq idim. Yorğun və qoca avtobus irəliləyərkən o da
mürgüləyirdi. Özünün də xəbəri olmadan başı çiynimə tərəf əyilirdi. Bir neçə
dəqiqə sonra artıq tamam yatmışdı. Mən isə anın dadını çıxarırdım.
Telefon zəngini eşidib gözlərimi
açdım. Gözümü açanda bunların yuxu olmadığını həqiqətən də bir balaca qızın
başını çiynimə söykəyərək yatdığını gördüm. Zəng mənim deyil, onun telefonuna
gəlirdi. Onsuz da məndəki bəxtlə bu xoşbəxt anın çox çəkəcəyini düşünmək
axmaqlıq idi. Gözlərini açıb refleks olaraq əlini çantasına tərəf yönəltdi. Bir
iki saniyə keçdikdən sonra anladı ki, telləri çiynimi sığallayır. Güldü və
çantasından telefonunu çıxarıb, zəngə cavab verdi.
-Hə mama, gəlirəm. Hə, narahat olma.
Gəlirəm.
Telefonu söndürdükdən sonra mənə
baxdı və balaca dodaqları tərpənməyə başladı.
-şeey, mən yuxulu oldum. Bağışla
bilmədən oldu.
Utana utana məndən birazca aralandı.
-Problem deyil, xoşdu. Həm çiynimə
yaraşmışdı.
-nə?
-heç.
- nəsə dedin axı.
- dedim ki problem deyil, yəni
çiynimi icarəyə verə bilərəm.
-Onsuz sən bir azdan düşəcəksən.
-Hə, amma məncə bir iki dayanacaq
artıq gedə bilərəm.
- yo, niyə gəlirsən ki?
- gəlməyimi istəmirsən?
- yox yəni elə deyil, əziyyət olar mənasında dedim.
- xoşdu mənə.
Başqa seçiminin olmadığını görərərk,
“Yaxşı” deyib gülümsədi.
Avtobusdan endik , onun etirazlarına
baxmayaraq gediş haqqını mən ödədim. Dayanacaqda bir birimizə baxıb, susurduq.
-Zümrüd, daha sonra yenə görüşək?
-Hə, olar. Bəs necə xəbərləşəcəyik?
- Nömrəni verə bilərsən məsələn.
-Bilmirəm, mənə görə doğru deyil bu.
Səni bir neçə saatdı tanıyıram.
- Tanımaq sadəcə zamanla olur ki?
-Birlikdə daha çox vaxt keçirdikcə
tanıyırsan.
-Aha, bəs tanımaq sözlərlə olur ki?
-Ola bilər.
-Bəzən hisslər, gözlər, toxunuşlar
sözlərdən daha artığını ifadə edir.
-Yəni… Əslində haqlısan. Məncə
uzatmayaq bu mövzunu yoxsa qonşular görəcək.
-Nömrəni versən məsələni həll etmiş
olarıq.
Deyib gülümsədim. O da eyni
səmimiliklə telefonumu istədi. Ardınca öz nömrəsini kontakta qeyd etdi.
Sağollaşıb ondan uzaqlaşdıqdan sonra, yolu getdiyim müddətdə tək deyildim.
Yanımda bu gündən ibarət xoşbəxt xatirələr addımlayırdı. Dəfələrlə söhbəztlərimizi
düşündüm. Gözlərini, dodaqını, saçlarını, əllərini bir sözlə onu xatırlamağa
çalışdım.
Xoşbəxt əhvalımla evə daxil olarkən
çox gözəl sözlərlə qarşılandım.
“aa bala hardasan səhərdən. gəl çıx
da xarabaya, gəlmirsənsə bir xəbər elə. Telefonuna da zəng çatmır. Niyə alm...”
bu xoş cümlələrə öyrəşdiyim üçün hamısını dinləmirdim. Sakitcə telefonun səssiz
rejimdə olduğunu dedim. Əynimdəki paltarları dəyişmək üçün öz otağıma keçdim.
Həmişə etdiklərimi ( bildirişlərə baxmaq, yemək yemək, mahnı dinləyərkən uzanıb
tavana baxmaq və s) etdikdən sonra artıq yatırdım ki, birdən Zümrüdün nömrəsini
aldığımı xatırladım. “Gecən xeyrə” mesajı yazdıqdan sonra , Onun cavabını
gözlədim. Bir neçə dəqiqə sonra “xeyirə
qarşı” deyə cavabladı. Ardınca ikimiz də yuxuya getdik.
Beləcə günlər keçirdi. Həftə içi
demək olar ki hər gün görüşürdük. Sevdiyimiz yerlərə gedirdik, daha öncə
olmadığımız kafelərə qonaq olurduq. Gəzməkdən sıxılmayaraq gələcəyimiz üçün
xatirələr yaradırdıq. Tanrı deyildik, amma yaratdığımız kiçik dünyanın və ordakı
xoş xatirələrin yaradıcısı idik. Telefonda ilk dəfə mesaj yazdığım günün
üzərindən üç ay keçmişdi. Artıq bir birimizi daha yaxşı anlayırdıq. Sadəcə
aradabir kiçik mübahisələr yaranırdı. Mənə görə bu mübahisələr olmasa
münasibətin dadı-duzu qalmazdı. Həyatımın dadını qaçıracaq hadisə isə sadəcə
onunla əlaqəli deyildi. Həmçinin ailəmdə yaranan problemlər getdikcə böyüyürdü
və bu mənim sinir sistemimə mənfi təsir göstərirdi. Ən çox təsir edən isə bu problemlər qarşısında əlləirimin bağlı
olması idi. Qardaşım ətrafının təsiri sayəsində “bir dəfədən heçnə olmaz”
deyərək özünə pis vərdişlər yaratmışdı. Artıq bu vərdişlər o qədər böyümüşdü
ki, ona qıraqdan diqqətlə baxsan artıq nələrin baş verdiyini öyrənə bilərdin.
Bədəninə “zəhər”i əlavə etməli olduğu müddət gəldikdə titrəməyə, tərləməyə
başlayırdı. Evdən tez-tez pul istəyirdi. Pul verilmədikdə özündən çıxırdı,
mebellərə, əşyalara, divara və özünə zərər verməyə başlayırdı. Əgər hadisələr belə davam edəcəkdisə, bizi məhv
edəcəkdi. Yaranmış şəraitdə səssiz, hərəkətsiz qala bilməzdim. Çünki qarşımda
bir sıra məsələlər vardı. Pul qazanmalı
idim , qardaşımı getdiyi yoldan uzaqlaşdırmalı idim, doğmalarımın arasındakı münasibəti düzəltməli idim. Öz
gələcəyim vardı və gələcəyimdə yanımda görmək istədiyim insana da vaxt ayırmalı
idim. Təbii ki bu qədər işi eyni anda
etməyə çalışmaq, düşünmək özümü düşünməməyimə səbəb oldu. Gecələr gözüm
yumulmurdu, özümdə yaşamağa qüvvət tapa bilmirdim. Problemlərimə qalib gələcəyim yeni bir yol
axtarırdım. Daha sonra dostum sayəsində bir “bar”da ofisiant olaraq işləməyə
başladım. İlk günlər çox yorucu keçirdi, tab gətirə bilmirdim. Oradakı işçilər spirtli içkilərin mənə kömək
edəcəyini deyirdilər. Bir neçə gün etiraz etdikdən sonra etirazımın mənasız
olduğunu anladım. Beləcə ilk dəfə dodaqlarım spirtin dadına baxmışdı. Günlər
keçirdi qazandığım pulun bir hissəsi evə gedirdi, digər bir yarısı qardaşıma
gedirdi, yerdə qalanları da özümdə saxlayırdım. Zümrüd ilə görüşlərimiz
azalmışdı. Onu bircə dərsə gedərkən və evə qayıdarkən avtobusda görə bilirdim.
Çox danışmırdıq, mövzu tapacaq beynim
istirahət istəyən qullartək daxilimdəki xalqı ayağa qaldırırdı. Və mən Zümrüdün
gözü qarşısında gündən günə parçalanırdım, məhv olurdum. Yadımdadı bir gün gözümün
içinə baxaraq sakit səslə soruşmuşdu.
-Nə vaxt başlamısan?
-Nəyə?
-Siqaretə.
-Bilmirəm, bir neçə gün olar yəqin.
-Bu iş səni məhv edir axı, niyə
çıxmırsan?
-Gülüm, məcburam. Yoxsa mən
istəyərdim belə olsun?
Gözlərinin dolduğunu hiss edirdim.
Səssizcə məni qucaqladı və qulağıma yalvararmış kimi pıçıldadı.
-Mən səni itirmək istəmirəm.
-Hər şey yaxşı olacaq, bax bunlar da
keçəcək. Bir az səbr elə. Söz verirəm, hər şeyi düzəldəcəm.
Bir dəfə ilə başlayan siqaret və
içki, artıq həyatımın parçasına çevrilirdi. İçmədiyim gün, çəkmədiyim saat yox
idi. Qardaşımla etdiyim söhbətlərin də
bir xeyiri olmurdu. Asılılıq öz gücünü göstərirdi. Həmin zamanlar Zümrüdə verdiyim sözü tuta
bilməmək, hər şeyi düzəltməyə çalışarkən
“hər şeyim”i itirmək qorxusu köksümü parçalayırdı...
Yadımdadır bir gün qardaşımla ciddi
söhbət edirdik. Məndən bir neçə yaş böyük olsa da digər insanlar kimi onun da
yönləndirilməyə ehtiyacı vardı. Amma sanki bunun üçün çox gecikmişdim.
-Xəzər, ata bilmirəm bu zibili.
Qanımdadı,onsuz yaşaya bilmirəm.
-Qardaşım başa düşürəm amma
azaltmalısan da, görürsən nə vəziyyətdə
olduğumuzu.
-Kor deyiləm, görürəm mən də.
Sadəc..
Qardaşım artıq səsini yüksəltmişdi.
Mən də içimdə yığdıqlarımla partlamağa hazır bomba kimiydim. Sözünü kəsdim.
-Görürsən, bir şey elə də. Elə bütün
günü beləsən, ya sülənirsən, ya da o faişənin yanında gecələyirsən. Pul lazım
olanda da gəlib düşürsən ayaqlarımıza. Yekə kişisən ə, gör bizi nə günə
qoymusan.
-Xəzər nə danışdığına fikir ver,
sənə çox üz vermişəm deyəsən.
-Sənin güzgüyə baxmağa üzün qalmayıb
e, nə üz verməkdən danışırsan.
Artıq aramızdakı kiçik söhbət
mübahisəyə çevrilirdi.
-A bala sakitləşin, qonşular var,
ayıbdı.
Deyən anam səsimizi eşidib otağa
daxil oldu.
-O qonşuların da..
-Ağzının danışığını bil..
Artıq qardaş olduğumuzu unudurdum
sanki, ani hərəkətlə əlim onun yaxasına doğru uzandı. O da masanı itələyərək
ayağa qalxdı. Əlini belinə atıb bıçağını çıxartdı. Bu bıçaq babamızdan yadigar
idi. Öz nəvəsinə, qanı canı bir olan
nəvəsinə hədiyyə etmişdi, lakin heç düşünməzdi ki, həmin bıçaq indi nəvələrinin
qanını tökmək üçün meydana çıxmışdı. Anamın bağırtılarından sonra qardaşım da
ayıldı sanki, söyüş söyərək qapını açdı,
kurtkasını götürüb qapını möhkəmcə çırparaq çıxıb getdi. Anam evdə küncə
çökərək fəryad edirdi. Atamın adını
sayıqlayırdı, mən də elə evin ortasında dayanıb dolan gözlərimi qardaşımın
çırpdığı qapıya zilləmişdim...
Həmin anlar beynimdən silinmirdi,
hər gün yatmağa çalışanda gözümün önündə canlanırdı. Qardaşımın simasındakı
qəzəbi , anamın qırışlı əllərindəki əsməni birinci dəfə idi belə yaxından
görürdüm. Anamın gözünün içinə baxa bilmirdim, qardaşımın yerinə mən utanırdım.
Günlər beləcə keçirdi, olanları unutmaq üçün daha çox içirdim. Biz problemi düşünərək həll edə bilməyəndə,
içərək o problemi xalçanın altına süpürürük. Mən də problemlərdən qaçırdım,
sərxoş olmadığım saatlarda ya yatırdım ya da Zümrüdlə görüşürdüm. Amma axır
vaxtlar yaşadıqlarımdan sonra onla da az-az danışmağa başlamışdıq.
Həmişəki kimi öz piştaxtamın
arxasında dayanaraq sərxoş halda məkandakı insanları seyr edirdim. Kimisi özünü
mahnının axarına buraxmışdı, kimisi özünü yanındakının qollarına buraxmışdı.
Elə mən də özümü boşluğa buraxırdım. Lakin 30 dəqiqədən çox olar ki, məni
izləyən bir xanım piştaxtaya doğru yaxınlaşdı.
-Salam
Başımı yelləyrək salam verdim.
-Niyə kefin yoxdu?
-Anlamadım.
-Niyə kefin yoxdu?
-Sualı anladım, sadəcə niyə
sorşduğunuzu anlamadım
-Burdakıların kefi səndən aslıdı
axı, insanlar bura əylənməyə gəlir sən də əylən biraz.
-Kim deyir ki əylənmirəm, bəlkə
mənim əyləncəm bu cürdür.
-Heç tək əylənmək olar, sən heç
əylənməyin dadına baxmamısan ki
-Bəlkə baxmaq istəməmişəm
-Dadına bax, sevəcəksən
-Yaxşı, nəsə istəyirsiz , içki fln?
-Sən tövsiyə etsən hansını edərdin?
-Mən tövsyiə etdiklərimi süzüm,
dadına baxın.
-Sən süz, gəlirəm.
Dedi və getdi. Beş altı dəqiqə
ötdükdən sonra geri qayıtdı. Önümə keçdi, süzdüyüm bakalı kiçik əliylə tutdu və
içməyə başladı. Ağzını büzüşdürüb sakitcə oturmağa davam etdi. Diqqətimi ona
ayırdım, onun nə qədər gözəl olduğunun hələ indi fərqinə varırdım. Sağ əli masadakı bakalda idi, sol əliylə
saçını düzəldib üzünü mənə çevirdi.
-Adın nədir?
-Xəzər.
-Qəşəng adın var, Xəzər (sakit səslə
adımı bir də təkrarladı), şad oldum.
-Adını bilsəm, mən də şad olacam.
-Aydan , şad oldun?
-Aha
-Laaaaap yaxşşı
-Yaxşı günün olsun
-Sənin dəə... Xəzər..
Bir neçə bakal içdikdən sonra, artıq
getmək istəyirdi. Amma bakalı belə doğru tuta bilməzkən, necə gedəcəyindən
narahat idim.
-Aydan..Aydan, mənə bax getmək
istəyirsən?
Başını yelləyərək gülə gülə “hə”
dedi.
-Tamam, icazə ver kömək edim.
Əlimlə çiynindən tutdum, asta asta
addımlamağa başladıq, az qala yıxılacaqdı ki, əlini boynuma atdı. Tanımadığım
bir qızın məni qucaqlaması qəribə gəlirdi. Birtəhər taksi tapdım, Aydandan
ünvanı öyrəndim, taksiyə başa salmağa çalışdım. Amma Aydanın başına bir iş gələr deyə narahat
idim. Sürücüdən də gözüm su içmirdi, qərarsız qaldım və düşündüm ki onu evin
ötürməklə nəsə itirmərəm. Ünvanı sürücüyə başa saldıqdan sonra o yatırdı, arada
adını təkrarlayırdım ki, yuxuya getməsin. Amma cəhdlərimin heç bir xeyiri
olmadı. Artıq yuxuya getmişdi, taksinin pulunu ödədikdən sonra onu qucağımda taksidən
çıxartdım. Sonra ev nömrəsini bilmədiyim üçün onu oyatmalı olduğumun fərqinə
vardım. Özümü danlamağa başladım. Üzünü
sirkələdikdən sonra biraz oyanmışdı, açarı verdi və otağın nömrəsini dedi. Onu
evinə apardım, qapını açım evə daxil olduq.
-Tamam, məndən bu qədər. Sən indi
qapını arxadan kilidlə, sonra yat.
-Gedirsən ki?
-Aydan, gedirəm hə. Yat sən.
-Getmə.
Özündə olmadığı üçün ya məni köhnə
sevgilisi ilə qarışdırırdı ya da kiməsə ehtiyacı vardı. Böyük ehtimalla
ikincisidir. Çünki insanlar sərxoş olarkən əsl özlərinə çevrilirlər...
Onu yataq otağına apardım, yatmasını
gözlədim. Özümə hakim olmağa çalışırdım, çünki Zümrüd vardı. Amma içimdən də
bir səs “xəbəri olmayacaq ki, başını qat biraz” deyirdi. Düşünmədən tez qərar
verərək otaqdan çıxdım. Amma qapı arxadan bağlı deyildi deyə hələ də narahat
idim. Ağlımda artıq suallar da formalaşmağa başlayırdı. Bu qız kim idi? Niyə
sadəcə bu gün onu iş yerimdə görmüşdüm, niyə tək qalırdı? Elə gözəl qızın
məndən niyə xoşu gəlmişdi? Və mən bu işdən canımı necə qutaracaqdım? Müdirimə
zəng edib bu gün işdə ola bilməyəcəyimi dedim, aramız çox yaxşı olduğundan
heçnə demədi. Mən də başqa otağa keçib, heç bilmədiyim bir evdə sakitcə baş
verənləri düşünürdüm..
Yuxum gəlirdi, amma yatmamağa
çalışırdım. Artıq saat 04:25 idi, bir azdan günəşin ay üçün darıxacağı saatlar
başlayacaqdı. Otaqlara bir-bir baxdım. Üzümü yuyacaq otağı tapdım, güzgüdə
özümü səliqəyə saldım və otaqdan çıxmağa çalışdım. Evdən çıxmazdan əvvəl bir
daha onu görmək istədim. Gözücu qapıdan baxıb, evin çıxış qapısına doğru
addımladım. Qapını onu oyandırmamaq üçün ehmalca açdım, bağladım və evdən
uzaqlaşdım. Hava hələ də qaranlıq idi, mən də şəhərimizin “təmiz” havasını
ciyərlərimə çəkərərk irəliləyirdim. Soyuğu hiss etsəm də, içimdən bir səs məni
sahilə aparırdı. Sahilə çatdıqda artıq hava aydınlaşmağa başlamışdı. Təmiz
hava, saçlarımı sığallayan sərin külək, dənizin səsi, qağayılar...
Bir müddət dənizi izlədikdən sonra
evimə yollanmaq qərarına gəldim. Yorğun olduğum üçün cibimdə qalan sonuncu
pulları da takisyə verərək, uzun yolu piyada getməkdən canımı qurtarmışdım. Evə
çatanda anam yatırdı. Özümdə olan açarla qapını açıb evə keçdim və özümü eləcə
çarpayıya ataraq yuxuya getdim.
Yeni günün axşamı səbəbsizcə gözüm
dünənki qızı axtarırdı. Bəlkə də bir səbəbi vardı, sadəcə özümdən gizlədirdim.
Səhərə kimi o qız gəlib çıxmaq bilmədi. Düşündüm ki, onsuz da aramızda birşey
yoxdur, ondan mənə nə? Ardınca özümü danladım axı Zümrüd var, ağlıma niyə belə fikirlər gəlir ki?!
Səhər Zümrüdlə görüşdüm. Gözdən
uzaqlaşdırdıqda gönüldən də uzaqlaşmasından qorxurdum. Həmçinin darıxmışdım,
içimdə tonlarla cümlə cəmlənmişdi və bunları deyəcək heç kimim yox idi. Hərçənd
onunla söhbətimdə elə uzun uzun danışa, içimdəkiləri boşalda bilmədim. O susub gözlərlə nələrisə başa salmağa
çalışırdı, mən də eyni qarşılığı verirdim.
-Xəzər
Bir neçə dəqiqədir hərəkətsiz qalmış
dodaqları tərpənərək adımı pıçıldadı.
-Hə, bir dənəm?
-Biz niyə belə olduq?
-Necəyik ki?
-Görmürsən yəni?! Bitmiş kimiyik,
gələndən danışmamısan, bir söz deməmisən. Heç “darıxdım”mı belə səndən
eşitmədim.
-İnsan itirdiyi bir şeylər üçün
darıxar.
-Köhnə bizi itirmişik də, daha nə
olsun?
-Bilirəm, sadəcə səni itirdiyimi
deməyə dilim gəlmir.
Susaraq gözünü gözlərimdən çəkdi, öz
fincanına baxmağa başladı.
-Birdənəm bağışla məni, mən sadə..
“-Üzr istəməli birşey yoxdur”
deyərək sözümü kəsdi.
-Var, mən sənə bir ümid verdim, bir
xəyal qurdurdum, onu gerçəyə çevirə bilmədim.
-O şansı mən yaratdım, sənin günahın
deyil. Yenə də barışa bilmirəm.
-Mən sənə hər şeyi düzəldəcəyimin
sözünü vermişdim, əlimdən gələni edirəm amma alınmır.
-Hər şeyi tək düzəltməyə çalışsan,
düzəldəndən sonra da tək olacaqsan.
-...
-Sən həmişə problemlərimizi öz
çiyninə tək yükləmisən, sən axı tək deyilsən. Yanında mən varam, biz varıq.
Nəyisə düzəldəcəyiksə bir düzəldək, nəyəsə pis olacayıqsa bir pis olaq. Yetər
ki bir olaq, səni itirmək istəmirəm..
Deyəcək bir söz tapmadım. Masadan
qalxaraq ona gedəcəyimizi bildirdim. Niyəsini soruşdu, “gedək” dedim. Həmişəki
kimi dediyimlə razılaşdı. Çıxdıqdan sonra sahilə getdiyimizi analadığı üçün
“deyəsən hər şeyin başladığı yerə getmək istiyirsən” dedi, gülümsədim. “Əslində
sahilə getmək istəyirdim, sadəcə oranın da havası sənsiz tamamlanmır” deyə
cavab verdim. Qolumdan daha möhkəm tutaraq əvvəlki günlər kimi sol yanımda
addımlamağa davam etdi...
Axşam ötən günlərdəki qız, yəni
Aydan yenidən “bar”ımızın qonağı olmuşdu. Yenə yaxınlaşdı, necə olduğumu
soruşdu. Qısa cavablar verərək onu özümdən uzaqlaştırmağa, soyutmağa
çalışırdım. Amma deyəsən bu istədiyim nəticəni verməyəcəkdi. İnsanlar həmişə
əlçatmaz olanı əldə etmək istəyib. Nitchze demişkən, “bir şeyin dəyəri onun özündən deyil, onun üçün nələrdən imtina
edilməsindən aslıdır”.
Əslində onun mənə göstərdiyi diqqət
xoş gəlirdi və yanında olduğum müddət digər bütün problemlərimi unudurdum.
Deyəsən zaman keçdikcə bu məndə aslılıq yaradırdı, çünki onsuz keçən gecələr
nəsə boşmuş kimi gəlirdi. Elə tez-tez söhbət edirdik. Və görürdüm ki, bu gülərüz
qızın əslində daxilində necə ağrıları , problemləri var.
-Xəzər , insanlar niyə gedirlər?
-Gözləntiləri qarşılanmadığı üçün.
-Onda gözlənti yaratmamalıyıq?
-Bacardığıımız qədər gözləntiləri
azaltmalıyıq.
-Deməli günah gedənlərdədir?
-Bəzən hə, bəzən yox. Amma çox vaxt
hə, getmək üçün gəlirlər.
-Bəs, ölən insanlar?
-Onlar məcbur olur, kimsə yaxınını
incitmək istəməz ki. Həm də, hamımız eqoist olduğumuz, özümüzü düşündüyümüz
üçün pis oluruq. Axı tək qalırıq.
-Haqlısan, amma bir ailə səni tək
buraxacaqdısa niyə dünyaya gətirsin ki?
-Bəzən düşüncəsiz olduqları üçün,
bəzən də getmək seçim deyil məcburiyyət oduğu üçün.
Deyərək əlimdəki bakalı
təmizləyirdim.
-Xəzər, bəs itirdiyin insanlar olub?
-mm, gedənlər olub. Amma çalışmışam
ki, diqqətim əlimdə qalan kartlarda olsun.
-Bəs əlində kart qalmayıbsa necə?
-Əllərim ki, var.
Deyərək gülümsədim, o da tam səmimi
olmasa da gülümsədi.
-Bəs sən necə Aydan, çox insanı yola
salmısan?
-Yola salacaq qədər vaxtım olmayıb.
-Səni pis edəcksə, danışmaya
bilərik.
-Yox, narahat olma. Artıq
öyrəşmişəm.
-Əgər danışmaq istəsən, dinləyərəm.
-İnsanlara keçməyəcək nələrisə
danışmaqdan yorulmşam.
-Dinləməyəcək insanlara fikirlərini
demək, onsuz da mənasızdır.
-Həqiqətən dinləyəndə nə dəyişir ki,
keçir?
-Keçmir, amma bilirsən ki...
-Nəyi bilirəm?
-Əslində heçnə keçmirmiş. Sadəcə biz
xatirələrin yanından keçərək xoşbəxtliyə çatacağımızı sanırıq.
-İnan ki, xoşbəxtlikdən əlimi
üzmüşəm.
-Amma sənə gülmək yaraşır. Ola bilər
ki, səmimi gülmürsən, yenə də üzündə yaranan çox kiçik təbəssüm nəyə desən
dəyər.
-Çox sağ olun, Xəzər bəy
Dedi və gözəl simasını təbəssüm
bürüdü. Bir neçə dəqiqə sonra sağollaşdıq, ardınca onu taksiyə qədər ötürdüm.
Aydanla olduğum müddətdə digər bütün problemləri unudurdum, amma məndən bir
neçə addım uzaqlaşan kimi beynim məni güldüyümə peşman edirdi.
Həyat adlı puzzlın parçalarını birləşdirməyə çalışarkən özüm
parçalara ayrılırdım. Mərhəməztsiz düşüncələrim mənə rahatlamağa imkan
vermirdi. Bir şeyi düzəltdikdə digəri xarab olurdu. Bir əşyanı təmizlərkən mütləq digər bir əşyanı çirk eləməlisən. Mən
də kimisə xoşbəxt edərkən, kimlərinsə xətrinə dəyirdim. Aydan ilə demək olar
ki, hər gecə söhbət edirdik, mənim hazırkı halımla barışıq idi. Amma Zümrüd
məni belə görmək istəmirdi. Dəyişdirmək, yaxşı etmək istəyirdi. Gücüm qalsaydı,
bəlkə dəyişərdim, sadəcə tükənmiş birini olduğu kimi qəbul edən bir qızın
yanında olması daha rahat idi. Həm də, mentalitetimiz hər istədiyini edən
qızları “pis qız” və həmin qızlarla birlikdə olan oğlanları “yaxşı oğlan deyil”
deyə sinifləndirib. Amma arada bir ədalətsizlik var. Oğlanlar bu işdən təmiz
çıxarkən, bir qız ömürü boyu ətrafının qınağı altında yaşamalı olur. Və bəzən
inancları, dəyərləri bir kənarda saxlayıb məntiqlə düşünəndə hər şeyi fərqli
anlayırsan. Başa düşürsənki kiminsə hormonun artıq olması onun günahı deyil.
Sadəcə olduğun mühitdə inanclarla, dəyərlərlə yaşadığına görə bir şey etdikdən
sonra ya qınaqlara dözməli olursan, ya
da cəmiyyətin bir üzvü kimi davranırsan.
Bəzən evdə olanda qardaşım Murad ilə
yenidən mübahisə edirdik. Bir müddətdən sonra bu hal dözülməz olurdu və o çıxıb
gedirdi. Ən çox saçları ağaran anam üçün kövrəlirdim. Həyat yoldaşını
itirdikdən sonra, demək olar ki, oğullarını da itirməyə başlamışdı. Evdə yemək
yeyərkən anam digər otağda idi. Masanı üzərini təmizlədikdən sonra, anama doğru
yaxınlaşdım.
-Mama, bu gün axşam dostumgildə
qalacam, səhər də işdə olacam.
-Yenə hara gedirsən, bir evdə otur
üzünü görüm.
-Görürsən də Mama
Deyə gülümsəyərək cavabladım.
-Atanızdan az çəkmişdim, indi də
sizdən çəkirəm.
Əllərimlə azca qırışlı əllərindən
tutdum
-Yaxşı olacaq, sən çox fikir eləmə.
Bir iki günə gələcəm, bir şeyə ehtiyacın olsa xəbər edərsən.
Anamı qucaqladım, ardınca paltarımı
dəyişib, evdən ayrıldım. Əslində dostumla deyil, Aydanla görüşəcəkdim. Biraz
həyatın dadını çıxartsaq pis olmaz deyə düşünmüşdük. Zümrüdü də görmədikcə
onunla aramızda soyuqluq yaranmışdı. Heç bir zaman belə olacağı ağlımın ucundan
belə keçməmişdi. Həyat isə var gücüylə qurduğum planları məhv etməyə çalışırdı.
Ən gözəl yanı isə həyat istədiyini əldə edirdi.
Aydan bu gün bara gəlməyəcəyini
demişdi. Daha əvvəl bir dəfə qonaq olduğum evinə dəvət etmişdi. Bir az şəhəri
gəzdikdən sonra təxminən saat yeddi- səkkiz arası onun evinə gedirdim. Hər
şeyin qaydasında olmasını yoxlamaq üçün zəng etdim.
-alo, Aydan
-Haycan?
-Neynirsən?
-Heç elə evdə oturmuşam, darıxıram.
Nə vaxt gələcəksən?
-Gəlirəm, darıxmağın keçər birazdan.
Yolda bir şey alım?
-Nəyəsə ehtiyac yoxdu.
-Yenə də bir şeylər üçün baxaram
mən.
-Yaxşı, tez gəl.
-Yaxşı
Mağazalara göz gəzdirdikdən sonra
Aydanın yanına getdim. Piləkənləri qalxaraq binaya daxil oldum. Qapını döydüm ,
bir neçə dəqiqə sonra qapını açdı, məni gördükdə göz bəbəkləri böyüdü, ardınca
məni qucaqladı. Sonra içəri dəvət etdi.
-Axırıncı dəfə gördüyüm kimi, yenə
səliqəlidi hər şey.
-Hələ nə görmüsən ki?
Deyərək istehza ilə gülümsədi.
-Vaxtımız çoxdu görərəm
hamısını. Həm bax özümdən başqa sənə
hədiyyə də gətirmişəm.
-Nə hədiyyəsidi elə?
- Masanın yanındadı.
İncə bədəni ilə masaya tərəf
irəlilədi. Çantadan şüşəsinin üzərinə bantik vurduğum içkini çıxardı, baxdı.
-Sən daha yaxşı hədiyyəsən, amma
içki də pis olmadı.
-Əgər həyatın kefini çıxaracayıqsa
bir iki günahdan birşey olmaz.
-Deyirlər günah dilinə dəyəndə
deyil, dilindən çıxanda imiş.
-Sən də sitatlar gətirərmişsən.
-Tək ağıllı sən deyilsən ki. Gəl , gedək film izləyək.
-İzləyək deyirsənsə, izləyək də.
Onunla birlikdə olanda gülməməyim
üçün yetərincə səbəb vardı, lakin xoşbəxt idim. Sadəcə həmin anı, həmin
saatları yaşayırdım. Keçmişi və gələcəyi düşünmədən. Səhv bir şey etdiyimi
düşünəndə, sadəcə onu izləyirdim. Gözlərinin içi gülürdü, mənimlə xoşbəxt idi.
Bunun nəyi səhvdir?
Film bitmişdi, divanda oturub,
başımı ayaqlarının üzərinə qoymuşdum. Saçlarımı sığallayırdı. Bəlkə də,
xoşbəxtlik elə kiçik anlarda gizlənib. Daha çox xoşbəxt olsaq, hər zaman
xoşbəxt olsaq bu hissə öyrəşərik və xoşbəxt olmaq adi bir hissə çevrilər.
Onunla həyatlarımızdan danışırdıq, daha doğrusu, o danışırdı. On bir yaşında
anasını itirmişdi. Atası isə tək qalaraq onun qayğısına qala bilmirdi.
-Bilmirəm, Xəzər. Bəlkə də, məni
sevmirdi. Mənə onun pulundan daha çox qayğsına ehtiyacım vardı. Başqa bir
valideyin istəmirdim. istəmirdim ki, masada yeməyimi başqa bir qadın versin.
Məni səhərlər dərsə getməyim üçün başqa biri oyatsın. Başqa bir səslə “qızım
gəl yeməyini ye” cümləsini eşitmək istəmirdim. Elə boş qalardı yeri, kimsə
doldurmazdı. Atamın qayğısına mən qalardım, paltarlarını ütüləyərdim, yeməyini
hazırlayardım. Arada divanda oturub
anamdan danışardıq. Gözlərimiz dolardı, amma bir-birimizə olan sevgimizi
göylərdən izləyərdi. Arada ağlasam da, digər zamanlar xoşbəxt olduğumu bilərdi.
Amma elə olmadı, həmin hadisədən sonra içinə yıxıldı. Cavan bildiyim adamın bir
iki həftədə üzü qırışmağa başladı. İşində problem yarandı. Bir neçə aydan sonra
həyatımızı nizamlamağa çalışırdı. Yeni işə başladı, daha çox qazanırdı, amma
onu daha az görməyə başlamışdım. Sanki məndən və evdəki xatirələrdən qaçırdı.
Bir neçə ay keçəndən sonra tez-tez telefonla danışdığına, uzun zaman sonra
üzündə təbəssüm yarandığına şahid oldum. Bir müddət sonra yanında bir qadın
gördüm. Mənimlə onu tanış etdi, vəziyyətin nə yerdə olduğunu danışdı. Mən heç
razı deyildim, istəmirdim anamın yerini kimsə doldursun. Amma atamın üzündəki
gülüşün, gözlərindəki parıltının qatili olmaq istəmirdim. Razı imiş kimi
davrandım.
-Sonra nə oldu?
Saçımı sığallayaraq danışmağa davam
etdi.
-Sonra atam ikinci dəfə evləndi.
Evdə həmin qadın qayğıma qalmağa çalışırdı. Başlarda olmasa belə, daha sonra
“qızım” deyə çağırırdı. Mən isə ona bircə dəfə belə “ana “ deməmişdim. Daha
sonra ögəy qardaşım oldu. İndilərdə səkkiz yaşı olmalıdı. Ögəy bacımın da altıdır.
Birinci sinifə gedəcək. Əslində gözəl ailə tablosudu, xoşbəxtdirlər. Rauf, yəni
ögəy qardaşım anadan olduqdan sonra da xoşbəxt idilər. O otaqların içində tək səmimi olmayan insan
mən idim. Ona görə bacardığım qədər evdən qaçmaq, uzaqda yaşamaq istəyirdim.
Sonra atamın işləri lap yaxşılaşdı, həmin qadın da ona dəstək olurdu. İki il
əvvəl xaricə, azərbacandan kənara köçdülər. Atam məni burada qoymaq istəmirdi,
mənim də gəlməyimi istəyirdi. Mən isə universteti bəhanə gətirirdim. Yeni
tanışları, yeni məkanı istəmədiyimi deyirdim.
Dəfələrlə mübahisə etsək də, sonunda dediyimlə razılaşdı. Amma şərt
qoydu ki, universteti bitirən kimi yanlarına gedəcəm. Mən də razılaşdım.
Getdiyi günü xatırlayıram, onda həqiqətən məni sevdiyini hiss etmişdim. İllər sonra
məni qucaqlamışdı, öpmüşdü. Həmin an da gəlməyimi istəyirdi, amma getməməkdə
qərarlı idim.
-Niyə xatirələrlə birlikdə qalmaq
istədin ki? Yenidən başlamaq daha yaxşı olmazdı?
-O xatirələr mənim bir parçama
çevrilmişdi. İstəmirdim anamın addım atdığı küçələrdən uzaqda darıxım. Eyni
yerlərdən getmək, onu xatırlamaq daha gözəl idi. Amma bilərsən, xatirələr də
zamanla silinir, bozlaşır, köhnəlir.
-Hə, heç nə eyni qalmır.
-Belə.. Anamı xatırladığım şəkillər
var, bir iki video da var. Hər şeyə baxmayaraq həyat davam edir.
-Aha, davam edir. Gəl biraz da
hazırkı anı yaşayaq.
Əlimin üstü ilə yanağını nəmləndirən
göz yaşını sildim.
-Sənə demişdim axı, təbəssüm daha
çox yaraşır.
-Sənə də.
-Biz guya hər şeyi unudub xoşbəxt
olacaqdıq, hə?
Gülümsəyərək sual verdim.
-Hə , xoşbəxt deyilik ki?
-Xoşbəxtik, sadəcə daha da yaxşı ola
bilərik.
-Nəyi gözləyirik onda?
-Bura mənim piştaxtam deyil,
bakalların yerini bilmirəm.
-Gözlə gətirirəm.
Dedi və digər otağa getdi. Mən də
sumkadan içkini çıxarıb masaya qoydum. Ardınca aldığım şamları da “romantik”
olsun deyə masaya yerləşdirdim. Sonra Aydan içəri daxil oldu, şamları görüb
gülümsəməyə başladı. Necə də gözəl idi. Zərif əlləri ilə bakalı tutmuşdu, az
əvvəl dolmuş gözləri artıq parıldayırdı. Bəlkə də çox əvvəl olsaydı “bu qız
mənə baxmaz” deyə düşünərdim. Zamanın donduğunu hiss edib onu süzəndə, əqrəblər
hərəkət etməyə başladı. Qısa addımlarla mənə tərəf yaxınlaşan Aydan, məni
hazırkı ana geri qaytardı.
-Necə də romantiksiniz, Xəzər bəy.
-Təbii ki, gül də alacaqdım.
-Niyə almadın?
-Düşündüm ki, bir qazanda iki qoçun
başı qaynamaz.
-Xəzər, romantik-romantik danışırdıq
da, qoç hardan çıxdı.
-Yəni deyirəm ki, bu evdə gözəl
qoxulu gülün bir dənə olması daha
yaxşıdı.
-Evimdə gül yo..Haa, tamam anladım.
Mənə gül deyirsən?
-“Gülüm” deyirəm.
-Nə tez sahibləndin.
-Hələ nə görmüsən ki.
Deyərək gülümsəməyə başladım, o da
eyni səmimi təbəssümlə cavab verdi. Sonra şirin söhbətimiz davam etdi.
Yavaş-yavaş içməyə başlamışdıq. “Gedənlərin şərəfinə” deyərək bakalları
toquşdurmağımız necə də xoş idi. Bizə “sevgili” demək doğru olmazdı. Daha çox
həyatın qaranlıq günlərini yaşayıb, qarşılaşıb birlikdə şam tapan iki insana
bənzəyirdik. İçdikdən sonra iradəmiz zəiflədi. Artıq sözlər deyil, bədənlərimiz
bir-birinə toxunurdu. Barmaqlarım belində addımlayırdı. Şəhvət hissi
damarlarımızı genişləndirmiş, ürək döyüntülərimizi artırmışdı. Bədənimizdən
ətrafa istilik yayılırdı. Hiss dolu toxunuşlarla, öpüşlərlə gecənin nə zaman
gəldiyindən xəbərimiz olmadı...
Gözlərimi açdım, yanımda bütün
incəliyi, zərifliyi ilə Aydan uzanmışdı. Bir az başımın ağrımağına və bəzi
fikirlərə baxmayaraq, Aydan yanımda olduğu üçün özümü yaxşı hiss edirdim. Onu
oyandırmamaq üçün ehmalca yataqdan kənara çıxdım. Çox da bilmədiyim bir evdə
telefonumu axtarırdım. Digər otağa kçib əl üzümü yudum, ardınca dünən
oturduğumuz masaya yaxınlaşdım. Düşündüyüm kimi telefonum masanın üzərində idi.
Kilid ekranını açdım, saat doqquza işləyirdi. Bildirişlər arasında üç dörd
cavabsız zəng vardı. Axmaqlıq edib telefonu səssiz rejimdə saxladığım üçün heç
birini eşitməmişdim. Zəng edənlər arasında qardaşımın nömrəsi və Zümrüdün nömrəsi vardı. Özümü alçaq kimi hiss etməyə başlamışdım,
lakin xoşbəxt olmaq mənim də haqqım deyil? Özümə haqq qazandırmağı bir kənara
qoyub qardaşıma zəng elədim. Axırıncı söhbətimizdən sonra mənə zəng edibsə
yəqin ki, önəmli bir məsələ vardı. Zəng etdim, telefona cavab verən olmadı.
Həmişəki halı idi. Zümrüdə zəng etmədən Aydana tərəf getdim. Hələ də yatırdı.
Otağından balaca bir dəftər və qələm tapdım. “Sabahın xeyir əzizim, dünən,
ondan əvvəlki günlər, bu gün və bundan sonrakı günlərdə mənə yaşadıb,
yaşadacağın hər bir hiss üçün sənə təşəkkür edirəm. Çoxsağol ki, yanımdasan.”
Bu cümlələri yazdıqdan sonra kağızı telefonunun altına yerləştirdim. O da bərk
yatırmış, mən bunları etdikdə heç ruhu da incimədi. Ona yaxınlaşdım, üzündən
öpdüm. Yavaşca gözlərini açdı, üzümə baxaraq gülümsədi. “Hələlik” dedim, tez
qayıtmağımı istədi. Onun yanından aralanıb evə yollandım. Anama zəng edib
nəyinsə lazım olub, olmadığını soruşdum. Sadəcə çörək istədi. Onsuz da, heç
vaxt artığını istəməzdi. Bəlkə də buna görə Yaradan ona daha azını verirdi.
Yoldaşlıq edə bilməmiş həyat yoldaşı, oğulluq etməyən bir oğul, yoxsul bir
həyat. Bəlkə də sahib olduğu ən gözəl şeylər, bir təmiz qəlbi bir də divanda
uzanmış gombul, ağ tüklü pişiyi idi. Hər bir halda, onun üzünün gülməsi üçün
hər bir şey etməyə hazır idim. (Xalalarımın məsləhət bildiyi qızla evlənmək
istisnadır) İsti bir çörək aldıqdan sonra, uşaqlığımı xatırladım. Onda da sırf
daha yaxşı səhər yeməyi yeyək deyə çörəyin ən istisini axtarardım. Anam , atam,
qardaşım darıxmasın deyə kiçik ayaqlarımı sürətli ataraq evə addımlayardım.
İndi də məni gözləyən anam üçün tələsirdim. Tək fərq, böyümüş olmağımdır. Kaş
ki, uşaqlığımı yaşayardım. İçimdəki böyümək arzusunu, özünü böyük kimi
göstərmək hissini kənara qoyardım. Heç böyümək istəməzdim..
Evə çatdıqdan sonra qapını döydüm.
Ömüründən illər silinsə də, gözəlliyini pozmamış bir qadın, yəni anam
parıldayan gözləri ilə məni izləyirdi. Bəlkə də həyatında təkcə mənimlə qürur
duyurdu. Onu qucaqladıqdan sonra əllərimi bir daha yuduzdurdu. Süfrə arxasında
otuzdurdu. Dörd nəfərlik masada sadəcə iki nəfərin yemək yeməsi və digər
stulların boş olduğunu görməyin necə hiss olduğunu kağızlara tökə bilmirəm..
Anamın da gözlərində bu hissi görürdüm. Sakitliyi özüm pozdum.
-Mama, Murad bura gəlmişdi?
-Nə
vaxt? Dünən?
-Hə,
dünən.
-Yox
oğlum, nəsə olub Murada?
-Yox
e mama, sadəcə zəng eləmişdi, ona görə.
-Zəng
elə soruş gör nolub.
-Edəcəm
birazdan, yeməyi bitirim.
-Yaxşı
, ağıllı balam.
-Mama
artıq on doqquz yaşım var.
-Balam
deyilsən?
-Orası
elədir.
-Yeməyini
ye. Gedəndə işıq pulunu da ödəyərsən.
-Baş
üstə.
-Baş
üstə deyən dilinə qurban.
Sakitcə gülümsəyərək.
-Yenə
başladıq da.
Yeməyi
bitirdikdən sonra Zümürdə zəng edəcəyimi xatırladım.
-Alo
-Hə,
Xəzər?
-Dünən
zəng etmisən.
-Sən
də telfonu açmamısan.
-İşim
vardı.
-İşin
önəmlidi elə.
-Yaxşı
da Zümrüd, bilirsən ki, elə deyil.
-
Hə.. Elə belə zəng etmişdim, danışmaq istədim.
-İndi
hardasan?
-Evdə,
sən hardasan?
-Əvvəl
ürəyində idim – deyib gülümsədim.
-Onda
getmək istəmə.
Bu
sözü qəlbimə toxundu, etdiklərimlə bizi məhv edirdim. Yenə də məyusluğumu ona
bildirməməyə çalışdım.
-Görüşə
bilərik?
-Yo,
alınmır. Papa evdədi, sorğu suala çəkəcək.
-De
ki, hava almaq istəyirəm də.
-Mən
“papa, gedib sevgilimlə görüşəcəm” deyəcəkdim axı. Deyirəm , alınmır.
-Yaxşı,
yaxşı. Canımız sağ olsun. Fürsət tapdıqda zəng elə.
-Yaxşı,
öpdüm.
-Naməhrəmsən
– deyərək gülümsədim.
-Sənin
zarafat anlayışına da, nəsə olub deyəsən. Əvvəl belə deyildin.
-Demə,
demə. Qocalıram deyəsən.
-Xəzər,
papa çağırır söndürməliyəm.
-Yaxşı,
öpdüm mən də.
-Hələlik.
Masa
arxasından qalxaraq divana doğru
yaxınlaşdım, gözlədiyim adam orada idi. Ağ appaq qar topuna oxşayırdı
deyə, elə adını “Qar topu” qoymuşduq. Məni görünüb sevindi, yanıda oturdum, o
da mırıldana mırıldana qucağımda özünə yer tapdı. Ardınca Aydan mesaj yazdı,
demək ki cümləni oxuyub. Lakin mesajına baxmadım, film izləyə izləyə uzanmağa
davam etdim..
Telefonun zəng səsinə şirin yuxumdan ayrıldım.
Əlimi telefona atdım, zəng edən qardaşım idi.
-Alo?
-Xəzər,
hardasan?
-Sənə
də salam.
-Xəzər
işim var da, şitlik eləmə.
-Nə
məsələdi?
-Görüşüb
danışarıq, hardasan de, gəlim.
-Evdəyəm.
-Mama
evdədi?
-Hə.
-Əvvəl getdiyimiz çayçıya gedək?
-Gedək.
-Amma
gərək ikimiz olaq.
-Yenə
zibilə düşmüsən?
-Danışarıq
da qardaşım.
-Yaxşı,
yarımsaata orada olarsan.
Telefonu
söndürdü, normalda əksi olmalı idi, amma bizdə fərqliydi. Kiçik qardaş böyük
qardaşı zibildən çıxarırdı. Hərçənd böyməyin nə olduğunu düşünmədən kimlərəsə
böyük deyirik. Həqiqətən böyükdürlərmi?
Muradla
görüşdük, keçən səfər etdiklərindən sonra üzr istəməsini gözləyirdim, amma o
mövzuya heç toxunmadı, yanından belə keçmədi. Qardaşımdır, atsam ata bilmirəm, satsam sata
bilmirəm. Buna görə də, dinləməkdən başqa seçimim olmadı. Yenə zibilə
qarışmışdı, ancaq bu səfərki adi məsələlərdən deyildi. Qumar oynadığını və
artıq bir həftədən çoxdur ki, borcunun olduğunu deyirdi. Özü kimi tanışlarını,
dostlarını çıxmaqla tək yaxın bildiyi insan mən idim. Borcu da az deyildi, iki
min manatdan daha çox idi. Sanki olmayan atamız bank müdürüymüş kimi, böyük
məbləğlərlə oyun oynayırdı. Özünə zərər yetirməyi cəhənnəm, problemləri bizdən
də yan keçmirdi. Başqa bir yolu yox idi, mənim də kömək etməkdən başqa çarəm
qalmırdı. Ya borc almalı idim, ya da bir iki şeyi satıb, kənara atdığım puları
toplayıb Muradın istədiyi məbləği yaratmalı. Mənə söz verdiki, hamısını
tərgidəcək. İçməyi, çəkməyi, narkotiki, qumarı, pis vərdişləri, bir sözlə hər
şeyi. Bu səfər inanmışdım, əvvəlki kimi olmağımızı istəyirdi. Onu öz halına
buraxa bilməzdim, anamdan da bu vəziyyəti gizlətdim. Əgər bilsə, boşuna stress
yaradacaqdı. Arzularımı ikinci plana atıb, qardaşıma kömək etməyə başladım. İki
üç gün ərzində məbləğ toplandı, yaxın bir tanışdan da müəyyən qədər borc
almışdım. Hər şey keçdikdən sonra, geri qaytara bilərdik. Keçən iki gündə
Zümrüdlə tez-tez danışmağa başlamışdıq.
Aydanla da eyni idi, sadəcə hər gecəni onunla keçirməyimi istəyirdi.
Lakin bunu edə bilməzdim.
Qardaşımın
borcu toplamışdıq, axşama yaxın borcu ödəməyə gedəcəkdi. Mən də Zümrüdlə
görüşməyə gedəcəkdim. İlk günlərdəki kimi, yenidən dəniz kənarına.
Özümü
bərbad hiss edirdim, sevdiyimi düşündüyüm qızı başqa bir qızla aldadırdım. Bir
gün mütləq cəzamı çəkəcəkdim, lakin bu gün çox gözəl olmalı idi.
Uzun zamandan sonra bəzənib, evdən çıxdım.
Saat yeddiyə on beş dəqiqə işləyirdi. Sahil metrosunda görüşüb, biraz gəzib
ondan sonra oralarda xoş kafelərdən birinə yollanacaqdıq. Qəribədir, gün boyu
Aydandan da mesaj gəlməmişdi. Yəqin bu gün xoş bəxt daxılımı sındırmışdım.
Zümürdlə görüşdük, həmişəki, özünəxas gözəlliyi ilk günkü qədər gözlərimi
qamaşdırırdı. Hər şeyə baxmayaraq, hələ də sadəcə onu sevirdim. Ya da sevdiyimi
sanırdım, hər bir halda üzümüz gülürdü. Və bu nəyə desən, dəyər..
Sahildə
addımlayarkən:
-Zümrüd,
bir gün xətrinə dəysəm nə edərsən?
-Xətrimə
dəyməzsən ki, dəysən də bilərəkdən olmaz.
-Deyək
bilərəkdən olmadı, onda nə edərsən?
-Niyə
bu sualı verirsən? Ağlından məni dənizə atmaq keçmir ki?
-Yoo,
adaşımın belə gözəllik görməyə haqqı yoxdu.
-Elə
olsun.
-Elədir
zatən.
-Doğurdan,
niyə soruşursan?
-Sadəcə
bilmək istədim, amma hələ də cavab almamışam.
-Yəni,
mm..düşünüm.. “Daha sənsən də” deyib bağışlayaram yəqinki.
-Sevindim
buna.
-Sən
nəsə işlər çevirirsən.
-Yoo,
mən elə şey edərəm heç?
-Etməzsən,
etməzsən. Mamasının ağıllı balasısan axı.
-Mamadan
az çəkmişəm, sən də başlama. Bütün “Cool”luğumu itirdin e.
-Mənim
yanıma yaraşmaq üçün “cool”luq lazım deyilki.
-Sözü
deyəndə əllərinlə dırnaq işarəsini göstərərkən çox şirin görsənirsən.
-Başqa
vaxt şirin görsənmirəm?
-Yəni
həmişə şirinsən də, sadəcə bəzi zamanlar elə olmursan.
-Necə?
Şirin olmuram?
-Həə,
bəzi zamanlar.
-Nə
zaman olur ?
-Gözlərimi
yumanda.
-Bunu
gözləmirdim. (gülümsədi)
-Gözləntilərin
olmayanda daha xoşbəxt olursan.
-Sən
yenə qəşəng cümlələr qurmamış, sualıma cavab ver. Yenə şeir yazırsan?
-Hə,
arada bir cızma qara edirəm.
-Mənə
niyə heç yazmırsan?
-Yazmaq
üçün doğru sözləri tapa bilmirəm.
-Hmm.
-Axşam
yazaram.
-İndi yaza bilmirsən?
-Alınmır.
-Yazmaq
üçün nə lazımdır?
-İlham
pəriləri.
-Sənin
pərilərin hanı bəs?
-Məndə
bir dənədi.
-Haradadı?
-Yaxındadı.
-Onda
yaz da.
-İlham
pərimlə yaşamaq, yazmağdan daha xoşdu.
Üzündə
böyük bir təbəssüm yarandı. Ardınca yanağları al rənginə boyandı.
Əlavə
etdim- Utanmayın xanımqız, utananın oğlu olmaz deyirlər.
-Xəzər
bu mövzuları danışmaq üçün çox tez deyil?
-Bilmirəm,
bircə onu bilirəm ki...
-“Heçnəyi
bilmirəm” – deyə gülərək sözümü kəsdi.
-Onu
demirdim, sadəcə kafeyə getsək yaxşı olar deyəcəkdim.
-Tamam,
qaçmır ki, gedərik də.
Söhbət
edərək addımlayırdıq. Hələ də niyə xoşbəxt olmadığım barəsində düşünürdüm. Bu
anda yaşaya bilmirdim, sanki nə isə əskik idi. Ya keçmişə gedirdim, ya
gələcəyin dərdini çəkirdim. Sanki bu balaca qızın yanında gülümsəyən mən
deyildim. Kafedə bir fincan qəhvə içmişdik, nə qədər acı olsa da şirin
söhbətimiz acılığı hiss etdirmirdi. Daha
sonra Zümrüdün yanından ayrıldım. Gözümə toz düşdüyü üçün, üzümü yumağa getdim. Şəffaf suyu ovuclarımın
arasında toplayıb, daha sonra üzümdə gəzdirdim. Gözlərimi açıb güzgüyə baxdıqda
ilk dəfə özüm özümə yad gəlirdim. Yəqin yalan danışıb, gerçəklərdən
uzaqlaşdıqda, özündən də uzaqlaşırsan. Gülümsəməyə çalışaraq “bu günü heçnə
poza bilməyəcək” dedim. Çünki buna inanırdım. Yavaş addımlarla güzgünün önündən
uzağlaşaraq Zümrüdün oturduğu masaya doğru yaxınlaşırdım. Telefonla danışırdı
və biraz əsəbi görsənirdi. Deyəsən həyatında nəsə bir tərslik vardı. Axır
günlər onunla maraqlanmadığım üçün probleminin nə olduğu haqqında da, heç bir
fikirim yox idi. Ona yaxınlaşanda fərqinə vardım ki, on dəqiqə əvvəlki
gülümsəməsindən əsər əlamət qalmayıb. Gözlərindən nə qədər qəzəbli olduğunu
anlaya bilirdim. Öz oturacağıma əyləşdim, onun gözlərinin içinə baxırdım. Telefonu
masanın üzərinə qoyduqdan sonra anladım ki, onun əlindəki mənim telefonum idi.
-Nə
olub Zümrüd?
-Bilirsən
nə olduğunu.
-Başa
düşmədim. Nəyi bilirəm?
-Xəzər,
sadəcə birşey soruşacam. Aydan kimdi?
-Nə
Aydanı?
-Bəsdir
sən canı. Heç utanmırsan?
-Zümrüd
nə danışırsan?
-Hələ
də gözümün içinə baxa baxa yalan danışırsan e. Mən də axmaq kimi sənə
inanırdım.
-Bildiyin
kimi deyil. Mən sad..
-Nə
bildiyim kimi deyil? Hə Xəzər? Göz görə görə başqalarıyla danışırsan, heç
vecinə də deyiləm. Hələ bunlar azmış kimi, özünə haqq da qazandırırsan. Əhsən
sənə, əhsən. Sözüm də yoxdu daha.
-Zümrüd,
elə deyil.
-Bəsdi
səncanı. Bitdi hər şey, başa düşürsən? Bitdi.
-Mən
hamısını düzəldə bilərəm.
-Sən
əvvəlcə özünü düzəlt. Bircə qram insanlığın olsun. Aldadırsan cəhənnəm, kişi
kimi çıxıb deyərdin ki, belə belədi daha olmur bizdən.
-
...
-Ancaq
sus elə. Ən yaxşısını edirsən. Zümrüd hər dəfə sənin üçün keçəcək axı
-Əzizim,
gəl bunu başqa yerdə danışaq. Sakitləş biraz.
-Əzizim
zad demə mənə. Başqa yer yoxdu, sağol Xəzər.
Üzümə
belə baxmadan, çantasını görütərək masanın yanından uzaqlaşdı. Hər şeyi məhv
etmişdim, bunları deməkdə haqlı idi. Amma bir ümid edərək arxasınca getdim, hər
şeyin belə bitməsini istəmirdim. Bağışlanacaq bir yer saxlamamışdım, sadəcə
axırıncı görüşümüzün belə olmasını istəmirdim. Yolda sürətimi artıraraq ona
çatdım, arxasına çevrildi. Üzümə baxdı, yaşla dolmuş gözlərindəki məyusluğ
qəlbimi parçalayırdı.
-Dayan.
-Get
Xəzər, cəhənnəm ol! Nə istəyirsən? Bitdi də hər şey! Bitdi!
Qışqırmasına
baxmayaraq daha da yaxınlaşdım, əlləriylə uzağlaşdırmağa çalışsa da,
qucaqladım. Əlləri yanına düşmüşdü, birşey demək istəmirdi. Bir neçə saniyədən
sonra sükutu pozdum.
-Düzələcək,
söz veirərm.
-Sən
sözündə durmursan.
-Mən
istəməzdim belə olsun. İndi təkcə istəyim əvvəlki halımıza geri qayıtmaqdır.
-...
-İnan
mənə, yaxşı olacaq.
-...Getməlisən.
-Bu
qədər şeydən sonra necə gedim?
-Çıx
da, çıx, rədd ol həyatımdan. Bir də səni görmək istəmirəm..
Susdum,
sadəcə susdum. O əlləri ilə sinəmi itələyərək qollarımın arasından ayrıldı, sonuncu dəfə yaşlı gözlərlə üzümə baxdı. Mənim
isə onun üzünə baxmağa üzüm qalmamışdı. Bu qədər xoş təsadüfləri, hadisələri,
təbəssümləri bircə “sağ ol” sözünə sığışdırıb, addım addım yanımdan uzaqlaşdı.
“Sağ ol” deməyə dilim də gəlmədi. Sənə olan güvənini, sevgisini öldürdüyün
insana necə “sağ ol” deyəsən ki?
Balaca
addımlarla, qəzəbli halda məndən uzaqlaşdı. Bizdən uzaqlaşan hər şey gözümüzdə
kiçilir, lakin mən ondan uzaqlaşmadan gözündə kiçilmişdim. O getdikdən sonra
oradan uzaqlaşdım. Sahilə tərəf yollandım, bəlkə dənizlə dərdləşərəm deyə. Başqa kimim vardı ki? Ağlımdan
dalğaları qucaqlamaq keçirdi, amma bu sonuncu qovuşmaq olacaqdı. Lakin sonra
düşündüm və fərqinə vardım ki, mənim kimi birini insanların göz yaşına belə
layiq deyil... Həyatda həmişə yaxşı insan olmağa çalışmışdım, insanların üzü
gülsün istəmişdim. Bəlkə zarafatlarımla güldürə bilməsəm də, varlığımla
insanların qəlblərini isidirdim. İndi isə.. İndi istədiyim qəlbi qırdım. Bəlkə
tək günahkarı mən deyiləm, amma günahın ən böyük payı mənə düşdü. Daha da
artığını etmədən, barımıza getdim. Axşam işdə olmalı idim, amma bara getməyimin
səbəbi iş deyil, sadəcə içmək idi. Kim olduğumu unudacaq qədər içmək istəyirdim..
***
Səhər oyandıqda özümü evimizdə tapdım. Ağrıdan
başım partlayacaq kimiydi. Yerimdən qalxmadan telefonuma baxdım. Aydandan başqa
kimsə mesaj yazmamışdı. Onun adını görən kimi, dünənki hadisələri xatırladım.
Cəsarətimi toplayaraq Zümrüdə mesaj atdım. Hirsinin soyuduğunu ümid edirdim.
Lakin mesajın altına bir xətt düşdü. Yəqin ki heç bir halda məni görmək
istəmirdi. Anam yeməyə çağırsa da, heç iştahım yox idi. Yerimdən qalxmaq
istəmirdim, yatmaq və hər şeyin bir yuxu olmasını istəyirdim. Amma hər şey
gerçəkdir. Fincanıma çay süzərək həyətə çıxdım, üzüm həyətə baxacaq şəkildə
oturdum. Hər şeyi düşünməyə başladım, amma düşüncələrim sadəcə özümə olan
nifrətimi artırdı. Mən necə belə bir insan ola bilmişdim? Kim inanardı ki,
yalana nifrət edən insan xoşxəbtliyini yalanda tapacaq? Demək ki, yalan xoşbəxtliyin
ömürü gerçəkliyə toxunana qədərdir..
Murada
zəng etdim, telefonun dəstəyini götürmədi. Deyəsən tək sevindiyim mövzu onun
əvvəlki halına qayıdacağı idi. Bir iki saatdan sonra zəng gəldi, lakin zəng
edən Murad deyil, Aydan idi.
-Alo,
Xəzər?
-Hə.
-Necəsən?
-Belə
də, sən necəsən?
-Mən
də sənin kimi. Niyə mənə yalan danışırdın?
-Aydan,
bunu ciddən necə açıqlayacağımı bilmirəm. Bilirəm səhv etdim, bağışlanası
deyil. Amma artıq olub, istəyirsənsə sən də ürək sözlərini de, get.
-Hə,
bağışlanası deyil. Amma getmək üçün zəng etməmişdim.
-Nə
üçün zəng etmisən?
-Sadəcə
necə olduğunu bilmək istədim. Yəqin ki, özünü bərbad hiss edirsən. Mənə uzağ
hiss deyil, yaxşı anlayıram..Hər nə qədər əsəbi olsam da, həyatımdakı üzümü
güldürən tək insan sənsən.
-...
-Nəysə..söhbət
etmək istəsən, ünvanı bilirsən.
-Yaxşı.
-Hələlik.
-Hələlik..
Həyat
bəzən sənin istədiyin kimi getmir, bəzən “heç vaxt etmərəm” dediklərini elə
edirsən ki, nə etdiyinin fərqində olmursan. “Yazmayacam” dediyin adama
yazırsan, “bağışlamaram” dediyin insanları bağışlayırsan, “getməyəcəm” dediyin
yerdən gedirsən.. Həyat hər halı ilə gözəldir, səhvsiz həyat yarımçıq olur.
Eyni ilə səhvlər və yalanlar üzərində qurulmuş həyat da. Gülməyin qədər
ağlamağın da təbiidir, ona görə etdiklərin üçün gərək peşman olmayasan. Bəlkə
səhv etmisən, lakin artıq həmin saniyələr geri qayıtmayacaq. Keçmişinə pis
olduqca hazırkı saniyələrini də “məyus” olaraq ititirsən. Gələcəkdəki səhvlərinə zəmin
yaradırsan. Bunlara baxmayaraq səhv edərək öyrənirik. Qaçmağa ilk cəhdimiz də
səhv idi, o ağaca çıxmağımız da. İlk dərsdən qaçmağımız da, son zəngdə
müəllimlərə, sinif yoldaşlarımıza demədiyimiz sözlər də. İlk sevgimiz və ilk
ayrılığımız da. O səhvlər olmasaydı
bunların nə olduğunu öyrənə bilməzdik. Gəzə bilməzdik, yüksəyə çıxanda hardan
tutunacağımızı bilməzdik, sıxıcı saatları
əyləncəyə çevirməyi bilməzdik, içindən keçəni demədikdə bəzən gec
olacağını bilməzdik, sevginin nə
olduğunu dadmazdıq, darıxmağı öyrənməzdik. Həyatın sənin qabağınıza nələr
çıxaracağını bilmirsənsə, səhv etməkdən çəkinmə. Lakin unutma ki, bəzi şeylər
ilk səfərində zövqə, təkrarlanarsa ağrıya çevrlir..
Bütün
günü yataraq keçirdim, hər şeydən, bu balaca oyundan qaçmaq istəyirdim. Gerçəklikdən
uzağlaşıb, Zümrüddən ibarət xatirələrin içində addımlayarkən hər bir ehtimalı
düşündüm. Lakin bu çarə olmadı, çünki heçnə dəyişmirdi. Dəyişən sadəcə mən
idim..
Saat
təxminən ikiyə işləyirdi. Bir əlimdə isti və acı çayla, digər əlimdə telefonla
həyətimizdə əyləşmişdim. Həmçinin döyünən qəlbimdə qəribə sancılar vardı. Sanki
bütün mənəvi ağrılarım özünü fiziki olaraq biruzə verirdi. Min illər əvvəl
qayalara əl izlərini qoyan primatlar kimi, sanki “mən burdayam” deyirdi. Hazırda
bu cümləni vicdanım desə, inanmazdım. Xoşbəxtlik uğruna, xoşbəxtliyimi fəda
etmişdim. Deməli, hər bir seçminin
nəticəsi var və hər bir nəticənin səbəbi. Nəticələrə baxdıqda, bu qədər insan
içində tənha idim. Bəs, görəsən tənhalığı özüm seçmişdim?
Telefonuma
gələn zəng səsi, məni fikirlərimdən ayırdı. Tanımadığım nömrə idi, “yəqin ki
Muraddır” deyə düşünərək zəngə cavab verdim.
-Alo?
-Vəliyev
Muradın ailəsidir?
-Bəli,
Qardaşıyam. Nəsə olub?
-Sizinlə
danışmalıyıq.
-Başa
düşmədim? Siz kimsiz ki? Nə danışacağıq?
-Xəzər
rayonu üzrə polis Əli Mirəliyev.
-Aydındı,
qardaşım yenə nəsə işə qarışıb?
-Necə
deyim..bilmirəm. Qardaşınız rəhmətə gedib.
-Nə?
Zarafatdır bu?
-Allah
rəhmət eləsin.. Sizinlə bir neçə məsələni danışmalıyıq.
Polisin
dediklərini sanki eşitmirdim, bütün bədənimi kədər bürümüşdü. Gözlərim dolmağa
başlayırdı. Qanı qanımdan, canı canımdan olan insanı itirmişəm.. Biz bu həyətdə
dava eləmişik, qaçmışıq, yıxılmışıq. Dizlərimiz burda qanayıb, burda
böyümüşük.. Kədəri burada öyrənmişik, atamızı burda itirmişik.. Hər şeyin yalan
olmasını istəyirəm, həyətin qapısından içəri qardaşımın gəlib “Hər şey
zarafatdır” deməsini istəyirəm..Amma həyatın zarafatları gülməli olmur..
Bəd xəbəri anama bildirmədən, özümü ələ alaraq
polislə görüşmüşdüm, hər şey ortada idi. Qardaşımı itirmişdim, zarafat kimi
gəlirdi, amma gerçək idi. Uşaqkən televizorun qarşısında oturub filimlərə
baxarkən, birdən fikirlərimdən ayrılıb qardaşımın əyləşdiyi yerə tərəf
boylanardım. Onu orada görmədikdə, içimi qəribə bir tənhalıq bürüyərdi, lakin
sonra anlayardım ki, işi olduğu üçün gedib. Gələcək. Artıq gələ bilmir..Artıq
çox uzaqdadı, o qədər uzaqdadır ki, mən də gedə bilmirəm..
Axşam
bəd xəbəri anama bildirməli idim, amma necə edəcəyimi bilmirdim. Özümü ələ ala
bilmirdim, hər düşüncə ürəyimə yara olurdu..Hər düşüncə bir xatirəydi..Anamın
işıq saçan gözlərinə baxarkən, gözlərimin dolduğunu anladı. Sakitcə , birşey
demədən qucaqladım. Kədər o qədər ağırlaşmışdı ki, dodaqlarımın deməyə gücü
çatmırdı.. Özümü bir şəkildə ələ alıb, olanları anama danışdım. İkinci itkisi
ağır oldu, işıq saçan gözlərindəki ümid qığılcımları yoxa çıxdı. Əlləri əsməyə,
qəlbində sancılar yaranmağa başladı..
Bütün
gecəni belə susaraq keçirmişdik, gözümüzə yuxu getmirdi. Gözümlə görməsəydim,
hələ də hər şeyin zarafat olduğuna inanmaq istəyirdim..Anam ailə tablomuzda
qardaşımın şəkilini sığallayırdı. Həyat tablomuz əskik idi, tamamlaya
bilmirdik..
Həmin
həftə bərbad keçdi, Muradı qara torpağa tapşırdıq. Sanki həyat dayanmışdı, biz
də onunla birgə ölmüşdük. Sadəcə nəfəs ala bilirdik. Anamla o qədər yorulmuşduq
ki, ağır ağır aldığımız hər nəfəsdə də, birbirimizə dəstək ola bilmirdik. Onun
tək sahib olduğu varlıq mən idim, necəsə güclü qalmalıydım, amma alınmırdı. Zümrüddən
heç kiçik bir mesaj belə gəlmədi, nəsə desə bir şey dəyişməyəcəkdi, amma onun
deməyi lazım idi.. Bütün həftə ərzində Aydan yanımda oldu, daha güclü, daha
möhkəm olmağım üçün əlindən gələni edirdi. Hələ də anlamıram, insan yalançı
birinə niyə bu qədər sevgi bəsləsin ki?
1
il sonra.
Sərin
bir yaz gecəsidir. Həyətdə iki nəfər masanın arxasında əyləşərək sevinclə
söhbət edirlər. Gözlərindəki parlaqlıq səmaya mıxlanmış ulduzların
parlaqlığıyla yarışır. Qocalmış , neçə kədər, neçə sevinc hissi görmüş, heç
kimə deyilməyən sirrlərin şahidi olmuş evin otağlarının birində yaşlı bir xanım
addımlayır. Onun neçə neçə ayrılıq kədəri yaşamış qəlbini bu gün oğlunun ad
günü sevinci bürüyüb. Tortun üzərindəki şamları yandırmaq üçün kibrit axtarır.
Həyətdən hələ də gülüş səsləri gəlməyə davam edir. Əlləri əsə əsə tələsik
çəkməcələri açıb, içərisində kibrit axtarır. Çəkməcələrin birində üstü yazılı
vərəqi görür. Vərəqi qaldıraraq altından kibrit qutusunu götürüb , uzun zaman
sonra gülümsəyən üzüylə torta doğru gedir. Gülüş səsləri davam edir..
Çəkməcənin
içində, qaranlıqda köhnələn vərəqin üzərində yazılmışdı:
“Mənim
əziz qardaşım, qəlbi təmiz qardaşım,
Dünən
gedən günündü, gözlərimdən qan daşır.
İndi
sənsiz böyümək, canı sıxır biləsən.
Göylərdəki
evindən, bəlkə çıxıb gələsən?
Lap
əvvələ qayıtsaq, yenə başdan başlasaq,
Aramızda
söz salan, şeytanları daşlasaq.
Birgə
ömür keçirək, yenə quraq xəyallar,
Daş
bağlamış qəlbimdə, indi bircə xəyal var.
Gözlərində
böyüyüm, sənə şeir yazmadan,
Çiyinlərdə
aparıb, sənə qəbir qazmadan.
Arzun
qəlbində qaldı, əmi ola bilmədin,
Kimsə
“qardaş” dedikcə, qəmi qova bilmədim.
Yıxılanda
əl tutanım, dayaq ola bilmir artıq.
Gecələri
yatmayan kəs, oyaq ola bilmir artıq.
De
solurmu güllərin, tozlanırmı baş daşın?
Yumduğun
gözlərinə, qurban olsun qardaşın..”
Yorumlar
Yorum Gönder